Əfsanəvi cani sevgililərin xatirəsi satılır
13.7.2012

ABŞ-ın ən məşhur "sevgili cani"ləri sayılan Bonni Parker və Klayd Barrou qətlə yetiriləndən sonra onların yanında tapılmış iki tapança sentyabrın 30-da keçiriləcək hərracda satışa çıxarılacaq.
GoMap.Az "Quio"ya istinadən bildirir ki, dünyanın ən məşhur sevgili canilərinin silahları Nyu-Hempşirdə satılacaq.

Bonninin baldırına bağladığı 38 çaplı revolver və Klaydın kəmərinə taxdığı 45 çaplı tapança 1934-cü ildə onları pusquya salmış polislə atışma yerində qalmışdı.
Ekspertlərin fikrincə, tapançaların hər biri 200 min dollardan satıla bilər.

1930-cu ildə tanış olmuş Bonni və Klayd 13 adamı qətlə yetirmiş, bir sıra bankları soymuşdular.

Milli.Az