Azərbaycanda bu il 5 ayı ərzində dünyaya gələn körpələrin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, cari ilin yanvar-may ayları ərzində ölkədə 65,3 min doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib.
Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 1174-ü əkiz, 30-u isə üçəm doğulub.
report.az