“Bakı, mən səni sevirəm!” kino layihəsinin çəkilişləri başa çatıb. Kino layihəsinin mətbuat katibi Şahnaz Abdullayevanın verdiyi məlumata görə, filmin çəkilişi 2 – yaz və yay sessiyalarından ibarət olub. Layihəyə hər biri 9 dəqiqədən ibarət 10 film daxildir. İlk filmi prodüser Yeqor Kançolovski, son filmi isə digər prodüser Nadir Maçanov çəkib. Layihəyə yerli rejissorlarla yanaşı Rusiyadan, Böyük Britaniyadan və İtaliyadan da rejissorlar dəvət olunublar. Filmlərdə Laləzar Mustafayeva, Sənubər İsgəndərova, Mabud Məhərrəmov, Rasim Balayev, Fərhad İsrafilov, Şamil Süleymanov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, Qurban İsmayılov, Rasim Cəfər, Fuad Osmanov, Bəhram Bağırzadə, Hollivudun məşhur ulduzlarından Aziya Arcento, İtaliyanın məşhur aktyoru Alessandro Bertaluççi, Türkiyənin tanınmış aktrisası Eyşan Özhim, Rusiyanın bir neçə tanınmış aktyor və aktrisası, Belarusun, Litvanın, Böyük Britaniyanın aktrisaları, Özbəkistanın əməkdar artisti Seydulla Maldaxanov çəkiliblər.
Filmin musiqi prodüseri Rusiyanın məşhur kino musiqisi bəstəkarı Viktor Salaqubdur. Filmdə Azərbaycan bəstəkarlarından Səyavuş Kərimi, Vüqar Camalzadənin musiqilərindən də istifadə olunacaq. Yaxın günlərdə “Mosfilm” Kinokonsernində filmin montaj və səsləndirilmə proseslərinə başlanılacaq.
Qeyd edək ki, layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev ,rejissorları Yeqor konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalo (İtaliya), ssenari müəllifləri Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Aleksandr Novotoskiydir (Rusiya).
apa