Bu il pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13804,4 milyon manatlıq məhsul satılıb
14.7.2016

Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13804,4 milyon manatlıq məhsul satılıb. Xidmət subyektləri tərəfindən isə 3387,4 milyon manatlıq ödənişli xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, hesabat dövründə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,2 faiz artıb. Ticarət şəbəkəsində 6790,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7013,8 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

azertag.az