Cari ilin 6 ayında Ağstafa rayonu ərazisində fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları vasitəsilə sahibkarlara 3 milyon 969 min manat kredit verilib.
Rayon icra hakimiyyətindən bildiriblər ki, bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 19 layihə üzrə 260 min manat güzəştli kreditlər verilib. Kreditlərin 210 min manatı kənd təsərrüfatı, 50 min manatı tikinti sahələrinə ayrılıb.
azertag.az