"Əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6 faizdən biraz yuxarı idisə, hazırda bu göstərici 14-15 faizə çatıb".
Bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlərə deyib.
Onun sözlərinə görə, buna səbəb Azərbaycanda valideynlərin rus bölməsinə marağının əvvəlki illərlə müqayisədə nisbətən artmasıdır: "Valideyn məktəb və tədris dilini seçməkdə tam azaddır. Bu, valideynlərin öz hüququdur".
Şöbə müdiri vurğulayıb ki, rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır: "Həmin məktəbdə rus bölməsi açılır ki, orada buna imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.
report.az