"Quba bələdçi kitabı" nəşr edilib
14.7.2016

Quba Turizm İnformasiya Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində "Quba bələdçi kitabı" ("Guba guide book") adlı yeni kitabça nəşr edilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, kitabçanın ilk səhifəsində Quba rayonunun mərkəzi küçələrini əks etdirən sxem-xəritə verilib. Sonrakı səhifələrdə Qubanın coğrafi mövqeyi, iqlimi, tarixi, ictimai-iaşə xidmətləri, tarixi mədəniyyət abidələri (məscidlər, sinaqoqlar, körpü və hamam, binalar), muzeylər, teatr, gəzməli görməli yerlər (Qəçrəş, Təngəaltı, Afurca şəlaləsi, Minarə və s.), dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbə, xalçaçılıq, Quba mətbəxinə aid nümunələr, turistlərin daim marağında olan, öz qədimliyi ilə seçilən, qeyri-adi, əsrarəngiz mənzərələrə malik Xınalıq kəndi, müalicəvi mineral bulaqları olan Xaltan kəndi, rayonda fəaliyyət göstərən istirahət mərkəzləri, kafe və restoranlar və digər məlumatlar yerləşdirilib.

azertag.az