Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-iyun aylarında dövlət büdcəsinə 6133,8 milyon manat vəsait daxil olub.
Dövlət Statistika Komitəsinə istinadla verilən xəbərə görə, bu müddətdə büdcədən 6821,5 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 687,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,5 faizi səviyyəsindədir.
azertag.az