Masallıda “Azərbaycan folkloru mədəni sərvətimizdir” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları“ proqramına əsasən Masallının “Azərbaycanın Folklor paytaxtı” elan edilməsi çərçivəsində baş tutub.
Konfransda rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bu il Masallıda keçirilən mədəniyyəttədbirlərindən danışıb. Bildirib ki, Masallinın folkloru barədə kitablar üzərində iş gedir. Konfrans zamanı məlum olub ki, Masallıda sentyabrın 7-dən 10-dak Beynəlxalq Folklor Festivalı keçiriləcək.
Konfransda həmçinin Masallı ziyalıları da çıxış ediblər. Masallının folkloru ilə bağlı kitabların, tədqiqat əsərlərin yaranmasında alimlərə kömək edəcəklərini bildiriblər.
Gün.AZ