GoMap.az saytının APA-ya istinadən verdiyi məlumata görə, Bakıda inşa olunan Heydər Əliyev Mərkəzinin layihə eskizləri açıqlanıb.
Layihənin müəllifi, dünya şöhrətli arxitektor Zaha Hadid dünyanın bir
çox şəhərlərində, o cümlədən London, Sakramento, Milan, Abu Dabidə
tikilmiş möhtəşəm binaların arxitektorudur.
Heydər Əliyev mərkəzdə muzey, kitabxana, konfrans zalı, mədəni-kütləvi
tədbirlər keçirmək üçün zal fəaliyyət göstərəcək. Ümumi ərazisi 111292
kvadratmetr olan mərkəzin tikintisində şəffaf şüşələrdən geniş istifadə
olunacaq ki, bu da süni işığın həcmini minimuma endirməyə imkan verəcək.
Binanın ən işıqlı yeri şimal hissəsidir, burada kitabxananın yerləşməsi
nəzərdə tutulur. Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin 2012-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.