Azərbaycan cüdoçuları Avropa kubokunda 2 medal qazanıblar
16.7.2012

İstanbulda cüdo üzrə Avropa Kuboku başa çatıb. Yarışda iştirak edən azərbaycanlı idmançılar 2 medal qazanıblar.

Nicat Şıxəlizadə (66 kq) qızıl, Rüstəm Alimli (81 kq) isə bürünc medal alıb.

Komanda hesabında Azərbaycan 6-cı yeri tutub. Sıralamada İtaliya qalib gəlib.

Elmir Əliyev
Gün.Az