Qəribə hadisə ABŞ sakini Robert Rasselin başına gəlib. ABŞ-da Robert Rassel adlı Texas sakini oğurlanmış avtomobilini 42 ildən sonra tapıb. 1967-ci il istehsalı olan "Austin Healey" avtomobili 1970-ci ildə Filadelfiya ştatında qarajdan oğurlanmışdı.
Avtomobilin sahibi ona uzun illər sonra e-bay internet-hərracının saytını nəzərdən keçirərkən rast gəlib. Texas sakini oğurlanmış avtomobilinin Los-Ancelesdə 23 min dollara satıldığını görüb. O, avtomobilin orijinal açarlarını saxladığından, maşının məhz ona məxsus olduğunu sübut edə bilib və 42 il əvvəl etdiyi müraciət əsasında oğurlanmış avtomobili yaxşı vəziyyətdə ona qaytarılıb.
Milli.Az