"Unibank"ASC hədiyyəli kredit kampaniyasına başlayıb. Yay kampaniyası çərçivəsində rəsmi iş yeri olan hər kəs, bank filiallarına 5 000 AZN-dək kredit üçün müraciət edə bilər.
Banka istinadən verilən xəbərə görə, kreditlər 2 ilədək müddətə verilir. Kampaniya müddətində nağd kredit götürən müştərilərə ALBALI PLUS debet kartı hədiyyə veriləcək. Kampaniya avqustun 18-dək davam edəcək.
"Unibank"ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.
azertag.az