Məşhur türkiyəli müğənni Bakıda konsert verəcək
16.7.2012

Türkiyənin tanınmış sənətçisi Sibel Can Bakıda konsert verəcək. Konsertin təşkilatçısı Nahid Emiloğlunun verdiyi məlumata görə, türkiyəli müğənninin Bakıdakı konserti oktyabra təsadüf edəcək. Oktyabrın 6-da nəzərdə tutulan konsertin məkanı ilə bağlı danışıqlar aparılır.

N.Emiloğlu bildirib ki, Bakı konserti ilə bağlı hər şey artıq razılaşdırılıb.

Milli.Az