Bakının Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov SalamNews-a deyib ki, “Dalğa Plaza” mehmanxanasının qarşısından “Azneft” dairəsi ilə Azadlıq meydanınadək Dənizkənarı bulvar boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə başlanılıb.
Prospektdə həyata keçirilən təmir işləri ilə əlaqədar olaraq sürücülər alternativ yollardan – Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü Park, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi; Üzeyir Hacıbəyov küçəsindən keçməklə Azadlıq prospekti və Zərifə Əliyeva küçəsindən Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçəsi; Rəsul Rza küçəsindən keçməklə Xaqani küçəsi; Bülbül prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən və Səməd Vurğun küçələrindən istifadə edə bilərlər.
salamnews.org