Havanın temperaturu yenidən qalxacaq
16.7.2012

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 17-də Abşeron yarımadasında cənub küləyinin üstünlüyü və günorta saatlarında isti diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

İyulun 18-19-da gündüz arabir güclənən xəzri küləyini müsbət amil kimi qiymətləndirmək olar.


Gün.Az