Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə online sınaq imtahanı aparılır
19.7.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyulun 19-dan etibarən rezidenturaya qəbul imtahanının ikinci mərhələsi – ixtisas fənləri üzrə online sınaq imtahanı aparılır.

TQDK-dan bildiriblər ki, maraqlananlar Komissiyanın internet saytının http://eservices.tqdk.gov.az/sinaq/ səhifəsində qeydiyyatdan keçməklə online rejimdə sınaq imtahanında iştirak edə bilərlər.

azertag.az