İyulun 26-dan Naxçıvan Muxtar Respublikasında növbəti əmək yarmarkalarına start veriləcək.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən bildirilib ki, ilk tədbir Sədərək rayonunun Heydərabad qəsəbə mərkəzində təşkil olunacaq. İyulun 27-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək.
İyulun 28-də keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunda əmək yarmarkası iyulun 29-da keçiriləcək. Avqustun 2-si ordubadlılara, 3-ü babəklilərə, 4-ü isə şərurlulara boş iş yerləri təqdim olunacaq. Naxçıvan şəhərində əmək yarmarkası avqustun 5-də “Gənclik” Mərkəzində keçiriləcək.
Qeyd edək ki, əmək yarmarkalarının təşkil olunması Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun rayon mərkəzləri tərəfindən həyata keçirilir.
azertag.az