Abidələrin mühafizəsi ilə bağlı səyyar seminar-treninq başlayıb
21.7.2016

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində Xaçmaz regional mərkəz olmaqla Quba, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarını əhatə edən abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda səyyar seminar-treninqə başlanılıb.

Nazirlikdən bildirilib ki, Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği, bərpası və inkişafı məqsədilə təşkil edilən seminar-treninq iyulun 23-dək davam edəcək.

Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 28 nəfər abidə-mühafizəçi iştirak edir.

azertag.az