Tarkan Qəbələdə konsert proqramı ilə çıxış edəcək
17.7.2012

Türkiyə estradasının meqastarı Tarkan avqust ayında Qəbələdə konsert proqramı ilə çıxış edəcək.

Bu barədə müğənninin qarşıdakı çıxışının təşkilatçısı “Səs Organization”ın rəhbəri Nahid Emiloğlu məlumat verib.

Onun sözlərinə görə, müğənni Qəbələdə avqustun ikinci yarısında çıxış edəcək. Keçirilmə yeri və vaxtı barədə əlavə məlumat bir müddət sonra açıqlanacaq.

Xatırladaq ki, Tarkan Bakıda dəfələrlə solo konsertlə çıxış edib. Türkiyə estradası ulduzunun çıxışı bir qayda olaraq anşlaqla qarşılanıb.


Gün.Az