Günün qoroskopu: şəraiti dəyişmək məsləhət deyil
21.7.2016

Qoç - yaxınlarınızla ümumi dil tapmaq həmişə asan olmur. Ancaq mübahisə etməyə də ərinirsiniz, bu səbəbdən münasibətlərdə sülhü qoruyub saxlamaq olur. Bəzi ailəvi planları təxirə salmaq lazım gəlsə də, kimsə bundan şikayət etməyəcək.

Buğa - elə bir dəyişiklik gətirməsə də, bu gün qarşınızda yeni imkanlar açır. Hər şey sizin bu imkanlardan yararlana bilib-bilməyəcəyinizdən asılıdır. İşdə təşəbbüskar olun. Danışıqlarda sərt mövqe tutun, sizin üçün prinsipial cəhətdən vacib olan hər şeyə nail ola bilərsiniz.

Əkizlər - köçmək, şəraiti dəyişmək məsləhət deyil. Öyrəşdiyiniz şəraitdə özünüzü daha rahat hiss edirsiniz. Şəxsi problemlərin həlli üçün yaxşı gündür, sevdiyiniz şəxslə uzun müddət aranızda fikir ayrılıqları vardısa, bu gün onları asanlıqla aradan qaldıra bilərsiniz.

Xərçəng - uğurlu mərhələnin ilk günüdür. Vacib və mürəkkəb işlərin həllinə başlamaq olar. İşgüzar danışıqlar, uzunmüddətli əməkdaşlığın şərtlərinin müzakirəsi üçün münasib gündür. Özlərinə iş axtaran Xərçənglər üçün müsahibələr uğurlu olacaq.

Şir - şəxsi həyatınızda köklü dəyişikliklər mümkündür. Həm yeni başlanan münasibətlərdə, həm də köhnə əlaqələrdə bu özünü göstərir. Siz situasiyanı nəzarətdə saxladığınızı hiss edir və bundan maksimum yararlanmaq üçün əlinizdən gələni edirsiniz.

Qız - çətinlik və anlaşılmazlıqlar mümkündür. Bürcün bir çox nümayəndələri qəfildən planlarını dəyişməli, şəraitə uyğunlaşmalı olacaqlar. Ancaq ciddi problemlər gözləməyin, narahatlığa dəyməz, bütün işlərin öhdəsindən gələcəksiniz.

Tərəzi - yeni tərəfdaşlar tapmaq, əvvəllər neytral mövqe tutan insanların dəstəyini qazanmaq mümkündür. Çoxdankı ortaqlarınızla işlə bağlı fikir ayrılıqlarına son qoymaq mümkündür, bu, ümumi işin xeyrinə olacaq. Maliyyə perspektivləriniz əladır, yaxşı qazana bilərsiniz.

Əqrəb - vacib qələbələr qazanmağı, məqsədə çatmağı hədəfləyən Oxatanların ümidləri doğrulmayacaq. Şəraitə alışmalı, narahatlıqlarla barışmalı olacaqsınız. Heç də bütün Əqrəblər buna eyni cür yanaşmırlar, bəziləri sakitliyi qoruyur, bəziləri isə əsəbləşərək özlərindən çıxırlar.

Oxatan - pul xərcləməyiniz məsləhət deyil. Xüsusilə əyləncələrə, gəzintilərə və bu kimi işlərə pul verməyə dəyməz. Yeni eşq macərasının başlanması mümkündür, amma o, sizə sevinc gətirmək əvəzinə, qayğılarınızı artıracaq. Enerjiniz azdır, yorğunluğunuz səhhətinizə pis təsir edə bilər.

Oğlaq - yaxınlarınızla münasibətlərinizə diqqət edin. Bu gün nəzakətli, dözümlü olmalısınız, əks halda mübahisələrdən qaça bilməyəcəksiniz. Pullarla ehtiyatlı olun: öz maliyyə imkanlarınızı düzgün dəyərləndirməyə bilərsiniz.

Dolça - uğurlu gündür, demək olar ki, bütün yeni layihələrinizdə uğur qazanacaqsınız. Öz gücünüzü düzgün hesablayırsınız. Bu, səhvlərdən qaçmaqda sizə kömək edir. Çoxdan bəri iş ortağı kimi görmək istədiyiniz bir şəxslə məhsuldar əməkdaşlığa başlaya bilərsiniz.

Balıqlar - möhtəşəm və mürəkkəb layihənin həllinə girişməyin, yaxşı olar ki, əziyyətsiz yola verməyə alışdığınız işlərlə məşğul olasınız. Sizdə təşəbbüskarlıq çatmır, bu səbəbdən bir çox planlarınızın gerçəkləşdirilməsi qeyri-müəyyən bir vaxta qədər təxirə düşə bilər. Yeri gəlmişkən, belə olmağı daha yaxşıdır, tezliklə özünüz də əmin olacaqsınız.

milli.az