Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov “Eurovision” ulduzları ilə birgə “Sea Breeze”də konsert proqramı ilə çıxış edib. Güclü yağış və küləyə baxmayaraq konsert təxirə salınmayıb.
Konsert “WAGON” brendinin moda nümayişi ilə başlayıb. Burada qadınlar üçün çimərlik geyimləri nümayiş olunub.
Sonra Eldar Qasımov “Eurovision-2011”in qalib mahnısı “Running Scared”i Eminin bek-vokalçılarından Anna adlı müğənni ilə ifa edib. Onların ifası alqışlarla müşayiət olunub. Sonra səhnəyə çıxan bu ilki “Eurovision” təmsilçimiz Səbinə Babayeva tamaşaçılara R&B janrında mahnıları təqdim edib.
S. Babayeva çıxışını “When the Music Dies” mahnısı ilə sona çatdırıb. Daha sonra səhnəyə Emin Ağalarov çıxaraq, öz mahnılarını ifa edib.
Konsert gecə saat 01:30 radələrində başa çatıb.
APA