Yanvar-iyun aylarında 312,3 min ton kartof, 395,7 min ton tərəvəz yığılıb
22.7.2016

Bu ilin yanvar-iyun aylarında sahələrdən 312,3 min ton kartof, 395,7 min ton tərəvəz, 43,1 min ton bostan məhsulları, 95,4 min ton meyvə və giləmeyvə, 507,8 ton yaşıl çay yarpağı toplanıb, eləcə də 110,0 ton tütün yarpağı yığılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iyulun 1-i vəziyyətinə 707,1 min hektar sahədən ilkin çəkidə 2089,8 min ton dənli və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla) yığılıb. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 10,1 min ton və ya 0,5 faiz azdır. Buna səbəb isə havaların qeyri-sabit keçməsidir.

azertag.az