İyulun 24-dən etibarən start götürəcək IV Qəbələ Musiqi Festivalının proqramı açıqlanıb.
Heydər
 Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 
ənənəvi olaraq keçirilən festivalda dünyanın bir çox ölkəsindən 
musiqiçilər iştirak edəcək. Bu festivalda dünyaca tanınmış Royal 
Filarmonik Orkestrinin konserti də təşkil olunacaq. IV Qəbələ Musiqi 
Festivalının ilk konserti iyulun 24-də Azərbaycanın dünya şöhrətli 
musiqiçisi Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlı olacaq.
Festival
 çərçivəsində iyulun 25-də Üzeyir Hacıbəyli adına Simfonik Orkestrinin 
konserti keçiriləcək. Konsertləri məşhur dirijorlar Rauf Abdullayev və 
Azad Əliyev idarə edəcək. İyulun 26-da Fikrət Əmirovun 90 illik 
yubileyinin, iyulun 27-də vokal konsertinin keçirilməsi planlaşdırılır. 
Eyni zamanda festivalda Bakı Musiqi Akademiyasının Orkestrinin konserti 
keçiriləcək və proqramda Yeganə Axundova, Murad Hüseynov, Murad 
Adıgözəlzadə çıxış edəcək.
İyulun 28-də festival çərçivəsində 
muğam konserti baş tutacaq. Konsertdə muğam ifaçıları İlkin Əhmədov, 
Arzu Əliyeva, Ehtiram Hüseynov səhnəyə çıxacaqlar. Muğam ifaçıları tarda
 Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov, qanunda Təranə Əliyeva, 
nağarada Emin Cəbrayılov, balabanda Mehman Nuriyev müşayiət edəcək.
İyulun
 29-da maestro Niyazinin 100 illiyi, iyulun 30-da Fərhad Bədəlbəyli, 
Murad Adıgözəlzadə, Dmitri Yablonskinin, avqustun 1-də Yuri Başmetin, 
avqustun 2-də Boris Berezovskinin konsertləri keçiriləcək. İyulun 31-də 
və avqustun 3-də Qəbələdə dünya şöhrətli Royal Filarmonik Orkestri 
konsert verəcək. Konsertlərdə Charles Dutoit, Lisa de La Salle, Mchal 
Nesterowçz çıxış edəcək. İyulun 5-də festival Murad Adıgözəlzadə, Fərhad
 Bədəlbəyli və Teymur Süleymanbəylinin çıxışları ilə öz işini 
yekunlaşdıracaq. 
APA