Azərbaycanın "Böyük bayram - Bakı" pirotexnika şirkəti Moskvada keçirilən II "Rostex" beynəlxalq atəşfəşanlıq festivalında ikinci yeri tutub.
"Moskva-Baku" portalı xəbər verir ki, Qran-Prini Çin komandası qazanıb. Münsiflər heyəti birinci yeri Qazaxıstana, üçüncü yeri isə Rusiyaya verib.
Azarkeş simpatiyası mükafatı Portuqaliyaya təqdim edilib.
Azərbaycan festivalda çətin element - atəşfəşanlıq vasitəsilə söz birləşməsi təqdim edən yeganə komanda olub.
Brateyevo kaskad parkında keçirilən ikigünlük festivalda ümumilikdə 8 komanda - Azərbaycan, Qazaxıstan, Çin, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniya yarışıb. İştirakçılar toplamda 25 ton pirotexnikadan istifadə edərək 50 mindən çox yaylım atəşi həyata keçirib.
report.az