Elçin Şirinov və onun triosu Londonda konsert proqramı ilə çıxış edəcək
25.7.2016

Noyabrın 18-də Avropa Azərbaycanlıları Cəmiyyətinin (TEAS) dəstəyi ilə Elçin Şirinov və onun triosunun konserti olacaq. Konsert London Caz Festivalı çərçivəsində təşkil ediləcək.

Bu barədə məlumat TEAS-ın rəsmi saytında yer alıb. Konsert proqramında təqdim ediləcək etnocaz musiqisi Reyms və Sen-Jermen-de-Pre caz festivallarında uğurlu çıxışların davamıdır. Elçin Şirinovu Andrea Di Biase (bass) və Deyv Hamblet (zərb) müşayiət edəcək.

azertag.az