Sabirabadlı fermerlər ötən ilin payızında bu ilin məhsulu üçün 24 min 362 hektar sahədə taxıl əkiblər.
Məhsul yığımına mütəşəkkil başlayan sabirabadlı fermerlər biçim kampaniyasını qısa müddətdə başa çatdırıblar. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilər əkdikləri 13 min 719 hektar buğda sahəsindən 54 min 864 ton məhsul götürüblər. Buğda sahəsinin hər hektarının məhsuldarlığı 40 sentner olub. Arpa yığımında da yüksək nəticələr əldə olunub. Səpin keçirilmiş 10 min 643 hektar arpa sahəsindən 37 min 676 ton məhsul götürülüb. Ümumilikdə, bu il taxıl sahələrindən 92 min 540 ton məhsul götürülüb ki, bu da ötən ildəkindən 7334 ton çoxdur.
azertag.az