Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları ilə görüş keçirilir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev görüşdə çıxış edərək ölkəmizdəki multikultural və tolerant mühit barədə danışıb. Dövlət müşaviri mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəblərinin əhəmiyyətini qeyd edib, bu məktəblər vasitəsilə Azərbaycana olan marağın Azərbaycana məhəbbətə çevrildiyini vurğulayıb.
azertag.az