Turizm və Menecment Universiteti tələbələrin BƏƏ-nin istehsalat–təcrübə proqramlarından faydalanmaqda maraqlıdır
25.7.2016

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Birləşmiş Ərəb Əmirliyi Universitetinin nümayəndələri ilə görüş keçirilib.

ATMU-dan bildirilib ki, universitetin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov ali təhsil ocağının yaranma tarixi, xarici əlaqələri, tədris sistemi və ölkəmizdə turizm sənayesinin inkişafı haqqında qonaqlara ətraflı məlumat verib. E.Aslanov söhbət əsnasında universitetlərarası əlaqələrin qurulmasına və ATMU tələbələrinin BƏƏ-də istehsalat–təcrübə proqramlarında iştirakına da önəm verdiyini bildirib.

azertag.az