Musiqiçilərimiz İranda geniş konsert proqramı ilə çıxış ediblər
25.7.2016

Azərbaycanlı ifaçılar İranda geniş konsert proqramı ilə çıxış ediblər.

Tehran şəhərində baş tutan ”Ana” adlı konsert gitara ifaçısı Rəhman Məmmədov, gənc pianoçu və bəstəkar Tural Məmmədli və tarzən Şəhriyar İmanovun iştirakı ilə reallaşıb. Maraqla qarşılanan konsertdə ifaçılarımız “Yaralıyam, dəymə, dəymə”, “Dağlar qızı Reyhan” və digər xalq və bəstəkar mahnılarımız səsləndiriblər.

Qeyd edək ki, musiqiçilərimizin qonşu ölkədə konsert proqramları davam edəcək. Belə ki, onlar avqustun 14-də Ərdəbildə, 15-də Təbrizdə, 21-də isə Zəncan şəhərində çıxışı edəcəklər.

azertag.az