Türkiyənin İstanbul şəhərində "Polat Tower" adlı 42 mərtəbəli göydələndə yanğın baş verib. Göydələnin orta mərtəbələrində hələlik naməlum səbəblərdən başlayan yanğın qısa vaxt ərzində böyüyərək, binanın xaricinə də yayılıb.
Yanğın nəticəsində göydələndən qopan parçalar ətrafa dağılıb, hadisə yerinə toplaşan sakinlər dəfələrlə təhlükə ilə üzləşib. Yanğınla əlaqədar əraziyə çox sayda yanğınsöndürən maşını cəlb edilib.
Alovun qarşısını almaq hələ mümkün olmayıb.
ANS PRESS