Azərbaycan prezidenti İlham Əliyev Liberiya Respublikasının prezidenti Ellen Conson-Serlifi ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib.
Dövlət başçısı İlham Əliyev təbrik məktubunda dost Liberiya xalqına sülh və tərəqqi arzulayıb.
Prezident İlham Əliyev Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyuma da Maldivin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.
apa.az