1912-cü ildə aysberqlə toqquşaraq batmış "Titanik" gəmisinin tam oxşarını tikdirən biznesmen Klay Palmer layihənin təfərrüatlarını açıqlayıb.
GoMap.Az ABC-yə istinadən bildirir ki, gəmidə sərnişinlərin siniflərə bölünməsi prinsipi dəyişməz qalacaq.
Avstraliyanın Kuinslend şəhərində yaşayan Klayv Palmer dağ-mədən müəssisələrinin sahibidir.
"Gəminin ruhunu bərpa edəcək, gələcək sərnişinlərin üç sinfə bölünməsini saxlayacağam", - Palmer deyib.
Sələfindən fərqli olaraq "Titanik-2" daha çox stabillik üçün 1 metr uzun olacaq. Bundan başqa, gəmidə yetərli sayda xilasetmə qayıqlarına malik təhlükəsizlki göyərtəsi də olacaq.
Gəminin inşaatı ilə Palmerin xüsusi yaratdığı "Blue Star Line" şirkəti məşğuldur. Çində tikiləcək gəmi 2016-cı ilin sonunda suya buraxılacaq.
Milli.Az