Caz musiqisi həvəskarlarına hədiyyə
27.7.2016

Caz musiqisi həvəskarları bu yaxınlarda Əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun “Tandem” adlı yeni albomunu dinləyə biləcəklər.

Bu barədə məlumatı İsfar Sarabski “facebook” səhifəsində paylaşıb.

Həmçinin, Rain Sultanovun rəsmi saytında “Tandem” layihəsi barədə məlumat yer alıb. Alboma İsfar Sarabskinin “Prelude”, Rain Sultanovun “Tandem” və “Reincarnation” əsərləri daxil edilib.

azertag.az