"​Bakcell"in yeni Satış və Xidmət Mərkəzi açılıb
28.7.2016

Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. "Bakcell"dən daxil olan xəbərə görə, şirkət Bakı şəhəri Z.Tağıyev küçəsi,19 ünvanında yeni konsept və dizaynda olan Satış və Xidmət Mərkəzinin açılışını edib. Bu xidmət mərkəzi "Bakcell" abunəçilərinə geniş çeşiddə xidmətlər təqdim edir. Şəhərin mərkəzində yerləşən bu mərkəzdə abunəçilər həm "Bakcell" xidmət və məhsulları haqda məlumat əldə edə, həm də bir çox mobil texnoloji yeniliklərlə tanış ola və müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər.
“Abunəçilərimizə daha yaxın olmaq üçün Bakının mərkəzində istifadəyə verdiyimiz bu yeni Satış və Xidmət Mərkəzi innovativ yanaşma baxımından digərlərindən fərqlənir. Burada hər şey abunəçilərin rahatlığı üçün düşünülüb. İnnovativ mobil operator olaraq abunəçilərimizin xidmət və məhsullarımızdan daha rahat şəkildə faydalanmaları üçün müasir dövrün tələblərini mütləq şəkildə nəzərə alırıq. Bu, şirkətimizin dinamik inkişafının tərkib hissəsidir”, - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Bekers bildirib.
Hazırda “Bakcell”in paytaxt və bölgələrdə 30 Xidmət Mərkəzi abunəçilərə müştəri xidmətləri göstərir. Şirkət öz xidmətlərini abunəçilərinə daha yaxın etmək üçün satış və xidmət şəbəkəsini daha da genişləndirəcək.

report.az