“Neftçi” “Zestafoni”yə 3:0 hesabı ilə qalib gəlib
18.7.2012

UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində “Neftçi” və Gürcüstanın “Zestafoni” komandaları arasında keçirilən matçda Bakı klubu 3:0 hesabı ilə qalib gəlib.

“Dalğa Arena”da keçirilən matçda qolları 22-ci dəqiqədə İmamverdiyev, 24-cü Vobay və 63-cü dəqiqədə Kanales vurub.

Oyunu Rumıniyadan olan hakim İonut Mariuş Avram idarə edib. Cavab oyunu gələn həftə Gürcüstanda keçiriləcək.

APA