“Abituriyent” jurnalının dördüncü nömrəsinin elektron versiyasını (pdf formatında) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
(Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).
TQDK-dan bildiriblər ki, jurnalda “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
azertag.az