Cənub bölgəsində “Erkən nikahlara yox!" tədbirləri keçirilib
28.7.2016

Azəri Gənclər Alyansı İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Erkən nikahlara-yox!” mövzusunda layihə çərçivəsində, Lənkəran və Lerik rayonlarında növbəti maarifləndirici tədbirlər uğurla həyata keçirilib. Layihə çərçivəsində, iyulun 23-ü Lənkəran rayonunda valideynlərlə ictimai dinləmələr, növbəti gün isə ekspertlər tərəfindən yeniyetmə qızlarla interatiktiv üsullarla təlimlər keçirilmiş və iştirakçılarla ətraflı müzakirələr aparılıb. Daha sonra iyulun 26-da isə Lerik rayonunda valideynlərlə görüş və gənclərlə maarifləndirici tədbirlər keçirilib.

Statistikaya görə, erkən nikahlara ən çox məruz qalan cənub bölgələrindən olan Lənkəran və Lerik rayonlarında həyata keçirilən ictimai dinləmə və təlimlər zamanı Azəri Gənclər Alyansı İB-nin sədri L. Məmmədli “Erkən nikahlara-yox!” adlı layihəni açıq elan etdikdən sonra yeniyetmə və qadınlara dünyada geniş yayılmış erkən nikahlar haqqında ətraflı məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğunu bildirib . Daha sonra isə ekspertlər tərəfindən maarifləndirici təlimlərin gedişində yeniyetmə gənclərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, tövsiyələr verilib. Tədbirin sonunda isə iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılıb.

lent.az