Dünyada məşhur sosial şəbəkə "Twitter", bu ilin ikinci rübünə dair gəlir və mənfəətini açıqlayıb.
"Twitter"dən edilən açıqlamada, bu ilin ikinci rübündəki gəlirin, keçən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 602 milyon dollar olduğu bildirilib. Şirkət, 2015-ci ilin aprel-iyun dövründə 502 milyon dollar gəlir əldə etmişdi.
Beləcə "Twitter"in gəlirindəki yüksəliş, şirkətin birjaya açıldığı 2013-cü ildən bəri ən yavaş sürətdə reallaşmış oldu.
Həmçinin açıqlamada, şirkətin bu ilin ikinci rübündə 107 milyon dollar zərər etdiyi bildirilib. Şirkət, keçən ilin aprel-iyun dövründə 137 milyon dollar zərər etmişdi.
Bundan başqa, "Twitter"in bu ilin ikinci rübündəki aylıq ortalama aktiv istifadəçi sayı, keçən ilin eyni dövrü ilə müqayisədə, 3% artaraq 313 milyona çatıb, bu miqdarın 82%-ini mobil istifadəçilər meydana gətirib.
Şirkətin 2016-nın ikinci rübündəki reklam gəliri də keçən ilin eyni dövrü ilə müqayisədə 18% yüksələrək 535 milyon dollar olub və bu miqdarın 89%-i mobil reklam gəlirlərindən gəlib.
Səhmləri 11% ucuzlaşıb
"Twitter"in mənfəət və gəlirinin bazar proqnozundan aşağı çıxması səbəbiylə şirkətin səhmləri Nyu York birjasının bağlandığı saatdan sonra aparılmış məhdud əməliyyatlarda 11% ucuzlaşıb.
xezerxeber.com