Bakıda Avstriyanın müasir incəsənət sərgisi keçiriləcək
23.9.2011

Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində Avstriyanın “In Between” adlı müasir incəsənət sərgisi keçiriləcək. Bu barədə Avstriyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Sərgi Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təşkil edilib. Sərgidə Avstriyanın 36 rəssamının 40-dan çox əsəri nümayiş etdiriləcək.
“In Between” sərgisi İsraildə keçirilən ilk təqdimatından sonra, Xorvatiya, Monteneqro, Kipr, Macarıstan, Türkiyə, Lixtenşteyn, Avstriya, Belçika və Litva kimi ölkələrdə keçirilib.