Məşhur aktrisa ana oldu
18.7.2012

Məşhur amerikalı aktrisa Uma Turmanın qızı dünyaya gəlib. Bu barədə məlumatı kino ulduzunun rəsmi nümayəndəsi təsdiqləyib. O, digər təfərrüatlarla bağlı heç nə deməyib. Körpənin adı da hələ məlum deyil.

Körpənin atası Uma Turmanın sevgilisi, isveçrəli maliyyəçi Arpad Büssondur.

Aktrisa üçüncü dəfədir ana olur. Onun keçmiş əri Hollivudun məşhurlarından olan keçmiş əri İtan Haukdan iki övladı - 13 yaşlı qızı və 10 yaşlı oğlu var.

Uma Turmanın sevgilisinin də iki övladı var.

Xəzər Xəbər