M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” mövzusunda tədbir keçirilib.
Milli Kitabxanadan bildirilib ki, tədbirdə kitabxananın direktor müavini Ədibə İsmayılova sıxış edərək Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən bəhs edərək, dilimizin tarixi zənginliyindən söz açıb.
Çıxışlarda sözü gedən mövzu ətrafında maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Sonda qonaqlar Milli Kitabxanada açılmış “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı sərgi ilə tanış olublar.
azertag.az