Klassik musiqi həvəskarlarına hədiyyə
2.8.2016

Sentyabr ayında tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və bolqar gitaraçı Stanislav Hvartçilkovun “First Hand Records” şirkəti tərəfindən birgə “Karnaval” albomu buraxılacaq.

Bu barədə məlumat Nəzrin Rəşidovanın, eləcə də “First Hand Records” şirkətinin rəsmi saytlarında yer alıb. Albomda İ.S.Bax, V.A.Motsart, J.Bize, E.Elqar, Y.Halvorsenin əsərləri yer alacaq. Əsərlər yeni aranjemanda təqdim ediləcək.

azertag.az