Bütün dünyada olduğu kimi, ölkəmizdə də balacalar tərəfindən maraqla izlənilən “Şrek” animasiya filminin beşinci hissəsinin yaxın vaxtlarda çəkilişlərinə başlanılacaq.
Xarici KİV-lərə istinadla bildirilir ki, “NBC Universal” şirkəti və “DreamWorks Animation” studiyasının birgə dəstəyi ilə reallaşan film 2019-cu ildə ekranlara çıxacaq.
Ekran əsəri üzərində bir sıra cizgi filmlərinin prodüseri olmuş Kris Melendendri çalışacaq.
Qeyd edək ki, sözü gedən cizgi filmi ilk dəfə ekranlara 2001-ci ildə çıxıb. Sonuncu çəkilişlərin premyerası isə 2010-cu ildə baş tutub. Ekran əsəri indiyədək dünya prokatından 752,6 milyon dollar gəlir əldə edib.
azertag.az