İyulda ölkə enerji sistemində 1,9 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
2.8.2016

İyul ayında ölkə enerji sistemində 1,9 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Bununla yanaşı, ötən ay ərzində elektrik enerjisi mübadiləsi ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə də davam etdirilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, cari ilin ötən 7 ayı ərzində isə elektrik enerjisi istehsal 12,7 milyard kilovat-saata yaxın olub.

azertag.az