Xızıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
2.8.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xızı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

azertag.az