Qoç – Gücünüz azdır. Ünsiyyətlərinizi çoxaldın. İşlərinizdə müvəffəq olmasanız da, cəhdlərinizə görə fərqlənəcəksiniz. Maliyyə durumunuzun problemlərini yoluna qoymaqda çətinliklərlə üzləşəcəksiniz. Səhhətinizi qoruyun.
Buğa – Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək sizin üçün problem yarada bilər. Sevgi münasibətlərində yaxşılığa doğru irəliləyiş var. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Əkizlər – Səhhətinizə qarşı diqqətli olmalısınız. Özünüzü zəif hiss edəcəksiniz. Yaxın əhatəniz problemlərinizi həll etməkdə yardımçı olacaq. Maddi durumunuzu yüksəltmək üçün çalışmalarınızda əməli nəticələri artıra bilərsiniz. İnamla çalışın.
Xərçəng – Əsəbi ovqat həll oluna biləcək maliyyə məsələlərini çətinə sala bilər. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində qarşılıqlı rəğbət üstünlük təşkil edəcək.
Şir – Şəxsi münasibətlərinizdəki uğursuzluq sizi ruhdan salmamalıdır. Problemlərinizin həlli yaxın adamlarla ünsiyyətlərin səmimiliyindən çox asılıdır. Hələ də sevgi məsələlərini həll edib qurtara bilmirsiniz.
Qız – Diplomatik imkanlarınızdan istifadə etməklə məsələləri yoluna qoymağa cəhd edin. Maliyyə problemlərini həll etməkdən ötrü yaxşı vaxt deyil. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq.
Tərəzi – Səhhətinizə qarşı diqqətli olun. Gücünüz çox deyil. Ondan səmərəli istifadə etməklə bir sıra problemlərinizi həll edə bilərsiniz. Maliyyə problemləri sizin üçün çətin həll olunanlardan deyildır.
Əqrəb – Biznes işləriniz alınmır. Çəkdiyiniz zəhmətin gözlədiyiniz bəhrəsini görmək şanslarınız azdır. Səhhətinizdən şiklayətiniz olmayacaq. Pis xatıratı yaddan çıxarın.
Oxatan – Yaxın adamların yardımı ilə imkanlarınızı artırmaq üçün böyük şanslarınız yaranacaq. Gücünüzü boş yerə israf etməyin. Ən vacib və xeyirli məsələlərin həllinə yönəlin. Səhhətinizə qarşı diqqətli olmalısınız.
Oğlaq – Gücünüz çoxdur. İşləriniz yavaş-yavaş alınmaqdadır. Çəkdiyiniz zəhmətlər gözlədiyiniz əməli nəticəni vermir. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınızdan istifadə edə bilmirsiniz. Ünsiyyətlərinizdə qayğıkeş olun.
Dolça – Əhval-ruhiyyənizdə sıxıntı olacaq. Özünüzü zəif hiss edəcəksiniz. Əsas fəaliyyətinizdə zəkanızın və istedadınızın səmərəsindən istifadə etməlisiniz. Maddi durumunuzu yüksəltmək şanslarınızı gerçəkləşdirin.
Balıqlar – Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. İşləriniz istədiyiniz qədər yaxşı alınmaqdadır. Ünsiyyətlərinizdə qarşılıqlı anlaşma yaranıb. Qənaətlə dolansanız, qazancınız işlərinizi sahmana salmaq üçün yetərlidir.