Amerika Birləşmiş Ştatlarının alimləri tərəfindən karbon qazını effektiv şəkildə karbohidrogen yanacağa çevirə bilən Günəş panelləri hazırlanıb.
Çikaqonun İllinoys ştatı universitetinin əməkdaşı Amin Salehi Hocinin sözlərinə görə, bu cür Günəş batareyaları fotoelektrik deyil, fotosintetik qurğu hesab olunur.
planet-today.ru saytının məlumatına görə, bu panellərdən istifadə edərək Günəş işığının enerjisinin köməyi ilə SO2-ni yanacağa çevirmək mümkündür.
azertag.az