Bakıda Türkiyə universitetlərinə sənəd qəbulu günləri keçiriləcək
3.8.2016

Avqustun 6-7-də “Hilton Baku” otelində “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türkiyə universitetlərinə ödənişsiz qəbul günləri keçiriləcək.

Mərkəzdən bildiriblər ki, sərgidə tələbələrə Türkiyədə yüksək keyfiyyətli təhsil imkanı, universitetlər, yataqxanalar, dil kursları və bu sahə ilə bağlı digər məsələlər barədə məlumat veriləcək. Bu universitetlərdə təhsil almaq istəyənlər yerindəcə qeydiyyatdan keçə və həmin ali təhsil müəssisələrinə qəbul oluna bilərlər. Qeydiyyatdan keçmək istəyənlər attestat, xarici passport və ya şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Saat 12.00-dan 17:00-dək keçiriləcək sərgidə iştirakçılar Türkiyənin dövlət universitetlərinə qəbul şərtləri ilə “Akademi Group”un stendində tanış ola bilərlər. Qardaş ölkənin özəl universitetlərinin və yataqxanalarının iştirak edəcəkləri sərgidə iştirak ödənişsizdir.

Qeyd edək ki, iki günlük sərgidə Türkiyənin Bahçeşehir, Üsküdar, Aydın, Beykent və digər məşhur universitetləri də iştirak edəcək.

Maraqlananlar http://www.akademi.az/tehsil-xeberleri/turkiyenin-ozel-universitetleri-bakida-sened-qebulu linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

azertag.az