Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin yer quruluşu və kadastr ixtisası üzrə təhsil alan tələbələrinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) tədris təcrübələri başa çatıb.
Universitetdən bildirilib ki, iyulun 19-dan avqustun 1-dək tələbələr təhsil aldıqları ixtisasa uyğun olaraq ƏMDK-da geodeziya ölçü alətləri ilə tanış olub, torpaq sənədləşdirilməsi ilə bağlı prosesləri mənimsəyiblər.
Xatırladaq ki, tələbələr həm də BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Bazasında çöl-tədris təcrübələrində olublar.
azertag.az